“Rusiya qoşunları Luqanşinada yerləşən Lisiçansk şəhərini ələ keçirdikdən sonra əsas qüvvələri Donetsk vilayətinə yönəldəcək, Odessanın blokadası isə Ukraynanın taxıl ixracını ciddi şəkildə məhdudlaşdırmaqda davam edir”.

Bu barədə Britaniya kəşfiyyatının gündəlik hesabatında deyilir.

“Lisiçansk şəhəri Luqansk vilayətində Ukraynanın nəzarəti altında olan sonuncu böyük yaşayış məntəqəsi idi. Bundan sonra Rusiyanın diqqəti çox güman ki, böyük hissəsi Ukrayna qüvvələrinin nəzarəti olan Donetsk vilayətinin ələ keçirilməsinə yönələcək”, – hesabatda bildirilir.

Hesabata görə, Rusiya işğalı Ukraynanın kənd təsərrüfatı sektoruna dağıdıcı təsir göstərməkdə davam edir. Müharibə nəticəsində ukraynalı fermerlərin ehtiyac duyduqları toxum və gübrə tədarükündə ciddi fasilələr yaranır.

Odessa şəhərinin blokadası Ukraynadan taxıl ixracını ciddi şəkildə məhdudlaşdırmaqda davam edir. Bu səbəbdən, 2022-ci ildə Ukraynanın kənd təsərrüfatı məhsulları ixracı ötənilki göstəricinin 35%-dən çox olmayacaq.

İstinadlar Report