Rusiya könüllü taborlardan ibarət 3-cü ordu korpusu yaradır.

Bunu Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib.

Qeyd olunub ki, yeni ordu korpusunun qarşısında iki tapşırıq qoyulacaq: Donbasda hücumu gücləndirmək və Ukraynın cənubunda ukraynalı hərbçiləri ehtimal olunan hücumlarının qarşısını almaq üçün müdafiəni təşkil etmək.

Kəşfiyyatın infromasiyasına əsasən, Üçüncü ordu korpusu Rusiyanın Nijeqorod vilayətinin Mulino rayonunda yerləşdirilir: “Rusiyanın müəyyən bölgələrindən könüllü qrupları da cəlb etməklə “könüllülər” taborlarının hesabına belə bir korpusu formalaşdırmaq çətin olacaq”.

Bildirilib ki, “könüllülərə” böyük məbləğdə mükafat vəd edilir. Tabora 50 yaşadək ali təhsili olmayanlar qəbul olunurlar: “Rusiyada ordu korpusunda 15-20 min nəfər olur. Üçüncü korpusun bu saya çatdırılması ehtimal azdır. Çünki Ukraynadakı müharibəyə çox az adam könüllü qoşulur”.

İstinadlar Report