“Rusiya Prezidenti Vladimir Putin bu günlərdə Ukraynanın işğal olunmuş ərazilərinin Rusiyaya birləşdirilməsini rəsmən elan edə bilər”.

Bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib.

Qeyd olunub ki, Rusiya dövlət başçısının sentyabrın 30-da ölkə parlamentində çıxışı planlaşdırılır: “O, müraciəti zamanı Ukraynanın işğal olunmuş ərazilərinin Rusiyaya ilhaqını rəsmən elan edə bilər. Referendumların bu gün başa çatması gözlənilir”.

Kreml rəhbərliyi qismən səfərbərliyin “xüsusi hərbi əməliyyata” bəraət qazandıracağını və vətənpərəvrlik ruhunu yüksəldəcəyini düşünür.

İstinadlar Report