Böyük Britaniya Breksitdən sonra balıqçılıq şərtlərinin dəyişdirilməsinə etiraz olaraq Fransanın Cersi adasının elektrik enerjisinin təchizatını dayandıracağı ilə bağlı təhdidlərindən sonra adaya iki patrul gəmisi göndərəcək.

Bu barədə Birləşmiş Krallığın baş nazirinin dəftərxanasının rəsmi nümayəndəsi bildirib.

Qeyd edilir ki, Britaniya Nazirlər Kabinetinin rəhbəri Boris Conson ada hakimiyyəti ilə Fransa tərəfindən mümkün blokadanı müzakirə edib.

İstinadlar Report