İsrailə qarşı hava hücumundan sonra Böyük Britaniya, Almaniya və Fransa səfirləri İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə İran XİN-in “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

Qeyd olunub ki, nazirliyin Qərbi Avropa departamentinin rəhbərinin hər üçü səfiri ayrı-ayrılıqda çağırmasına səbəb Böyük Britaniya, Almaniya və Fransadakı rəsmi şəxslərin İranın ünvanına səsləndirdiyi bəyanatlar olub.

İstinadlar Report