
Britaniya hökuməti Vaşinqtonun qərarına qoşulmaq və “Vaqner”i terror təşkilatı kimi tanımaq niyyətindədir. Belə olsa özəl hərbi şirkətə üzvlük cinayət kimi tanınacaq.
Böyük Britaniyanın Daxili İşlər Nazirliyi fəal şəkildə “Vaqner”ə qarşı sanksiyalar üzərində işləyir.
Jurnalistlər müəyyən ediblər ki, London tərəfinin belə bir addımı təkcə təşkilatın sıralarına üzvlüklə bağlı deyil, həm də “Vaqner”in tədbirlərində iştiraka, habelə müvafiq simvollardan istifadəyə görə cinayət məsuliyyətini nəzərdə tutur.
Həmçinin “Vaqner” terror təşkilatları siyahısına salınması şirkətin Britaniya daxilindən maliyyə axınına mane ola bilər.