Böyük Britaniya hökuməti ciddi işçi çatışmazlığı ilə mübarizə aparmaq üçün əmək miqrantlarının qəbulunu artıra bilər.

Bu barədə “The Sunday Times” məlumat yayıb.

Yaxın həftələrdə yeni baş nazir kənd təsərrüfatı sahəsinə mövsümi işçilərin cəlb edilməsini artırmağı və iş vizalarının alınması üçün sadələşdirilmiş prosedur tətbiq olunan peşələrin siyahısını genişləndirməyi planlaşdırır. Xüsusilə, onlara genişzolaqlı İnternet şəbəkəsinin çəkilməsi üzrə mütəxəssislər daxil ola bilər.

İstinadlar Report