Böyük Britaniya hökuməti mülki nüvə reaktorlarından dünyanın ən böyük radioaktiv plutonium ehtiyatını basdırmaq planlarını açıqlayıb.

Bu barədə Böyük Britaniyanın Nüvə Silahlarının Təhlükəsizliyi Təşkilatının bəyanatında deyilir.

Belə ki, işlənmiş nüvə yanacağının təkrar emalından əldə edilən 140 ton plutoniumun anbarda yerləşdirilməsi qərara alınıb.

Bundan əvvəl Sellafild nüvə kompleksində saxlanılan plutonium daha təhlükəsiz və dayanıqlı forma çevriləcək. Plutonium tozu çox güman ki, maye şüşə ilə qarışdırılacaq və nəticədə kütlə polad və ya betondan olan qaba yerləşdiriləcək. Bu məqsədlə hələ krallıqda ixtisaslaşmış zavod tikilməlidir.

İstinadlar Report