İran və Rusiya ilə əlaqəli haker qruplaşmaları Böyük Britaniyanın hökumət və qeyri-hökumət təşkilatları, müdafiə strukturları, universitetlər və təhlil mərkəzlərinə hücumlar həyata keçirirlər.

Bu barədə Böyük Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi açıqlama yayıb.

Bildirilib ki, kibercinayətkarların qurbanları arasında jurnalistlər, siyasi fəallar və siyasətçilər ola bilər.

“Rusiyanın “SEABORGIUM” (həmçinin “Callisto Group”, “TA446”, “COLDRIVER” və “TAG-53” kimi tanınırlar) və İranın “TA453” (həmçinin “APT42”, “Charming Kitten”, “Yellow Garuda” və “ITG18″ kimi tanınırlar) qruplaşmaları Böyük Britaniyada, habelə onlarda maraq doğuran regionlarda təşkilatlar və fiziki şəxslərə qarşı məlumat toplanması məqsədilə uğurla daristiqamətli fişinq hücumları gerçəkləşdirməyə davam edirlər”, – Mərkəzin saytında dərc olunan məlumatda bildirilib.

Qeyd edilib ki, hakerlər sosial şəbəkələrdə və peşəkar onlayn icmalarda potensial qurbanlar haqqında məlumat toplayırlar ki, onların tanışlıq çevrəsini, peşəkar və şəxsi maraqlarını müəyyən etsinlər, sonra isə mürəkkəb fişinq hücumu həyata keçirsinlər.

İstinadlar Report