
Böyük Britaniya Danimarkaya “Şimal axını”nın zərərini araşdırmaqda kömək edəcək.
Bu barədə Böyük Britaniyanın Baş naziri Liz Trasın danimarkalı həmkarı Mette Frederiksenin ilə görüşündə bildirilib.
“Frederiksen ötən həftə Baş nazirə “Şimal axını” qaz kəmərinə dəymiş ziyan barədə məlumat verib. Onlar baş verənlərin açıq-aşkar təxribat aktı olduğu barədə razılığa gəliblər və insidentlərin birgə təhqiqatını müzakirə ediblər”, – məlumatda deyilir.
Siyasətçilər külək enerjisinin inkişafı və milli təhlükəsizlik sahəsində əməkdaşlığın perspektivlərini də müzakirə ediblər.