Böyük Britaniyanın Baş naziri Rişi Sunak növbədənkənar parlament seçkilərinin iyulun 4-də keçiriləcəyini açıqlayıb.

Bu barədə o, Londonda çıxış edərkən bildirib.

O, kral III Çarlzdan parlamenti buraxmaq və seçki keçirmək üçün icazə aldığını bildirib.

“İndi Britaniyanın öz gələcəyini seçmək vaxtıdır; əldə etdiyimiz irəliləyişə əsaslanmaq, yoxsa özümüzü ən əvvəldəki kimi, plansız, qeyri-aydın gələcək riski ilə üz-üzə qalmaq istədiyimizə qərar verməliyik. Bu gün səhər saatlarında Əlahəzrət Kral III Çarlz ilə söhbətdə ondan parlamentin buraxılmasını xahiş etdim. Kral bu xahişimi müsbət cavablandırdı və iyulun 4-də bizdə ümumi seçki olacaq”, – R.Sunak deyib.

O əlavə edib ki, seçkilər soyuq müharibənin bitməsindən bəri ən təhlükəli qlobal mühitdə keçiriləcək.

İstinadlar Report