Böyük Britaniya 2023-cü ildə Ukraynaya hərbi yardımı artıra bilər.

Bunu Böyük Britaniyanın Baş naziri Rişi Sunak bəyan edib.

“Heç bir şübhəniz olmasın. Biz Ukraynaya nə qədər lazımdırsa, onu dəstəkləməyə davam edəcəyik. Gələn il hərbi yardımımızı saxlayacağıq və ya artıracağıq. Biz ukraynalıları və onların güvəndiyi kritik infrastrukturu qorumaq üçün yeni hava hücumundan müdafiə yardımı təqdim edəcəyik. Ukraynanı qorumaqla biz özümüzü qoruyuruq” – deyə, o bildirib.

Oktyabrın 25-də Baş nazir olan Sunak xarici siyasətlə bağlı ilk böyük çıxışında krallıq üçün uzunmüddətli strategiyanın zəruriliyinə diqqət çəkib:

İstinadlar Report