“Brilliant Dadaşova babamın yasına da gəlmədi” – VİDEO

Xalq artisti Mirzə Babayevin nəvəsi Emin Babayev Kulis-az-a müsahibə verib.
O, babasının ömrünün son illərində Xalq artisti Brilliant Dadaşova ilə küsülü olduğunu açıqlayıb.
Müsahibənin həmin hissəsini təqdim edirik:
– Mirzə Babayevin elə bir dövrü olub ki, çox məşhur olub, filmlərə çəkilib. Yaşlanandan sonra sanki bir qədər geri çəkildi. Hətta deyirdilər ki, onu sonradan Brilliant Dadaşova “Kinoklub” verilişində efirə çıxardı.
– Brilliantla elə bu sözlərinin üstündə mübahisəm olub. Çünki kimsə ona belə qalmaqallı sual vermişdi, o da təxminən, cavabı siz deyən kimi təsdiqləmişdi. Ancaq hamı bilir ki, Mirzə Babayevə həmişə tələbat olub. Əksinə, mən sizə deyim, 90-cı illərdə Brilliant veriliş aparanda özü, belə deyək də, babamdan yapışmışdı. Çünki o vaxt verilişin reytinqini qaldırmağa çalışırdı. Yəni əksinə, o Mirzə Babayevdən öz məqsədləri üçün istifadə edirdi. Ancaq müəyyən mənada sizin sualınızda da haqlı məqam var. Babamın karyerasının bir dövründə boşluq olub. Bu da daha çox SSRİ-nin dağılması ilə bağlı idi. Lakin yaradıcı böhran olmayıb.
– Kənardan Brilliant xanımı çox istədiyi hiss olunurdu. Münasibətləri necə idi?
– Son illər danışmırdılar. Hətta Brilliant xanım babamın yasına gəlməmişdi.
– Səbəb nə idi?
– Babam hisslərini səmimi şəkildə ifadə eləyirdi. Sevəndə də səmimi sevirdi, söyəndə də. Ola bilsin ki, aralarında nəsə olmuşdu. Nəvələrinin içində ən şuluq mən olmuşam. Deyirdi ki, çıx get burdan, mənim belə nəvəm yoxdur. Bir neçə gün sonra heç nə olmamış kimi zəng eləyirdi ki, neynirsən, axşam gəl, filan yerə gedək. Pisliyi içində saxlamırdı. Mən bilirəm, onların arasındakı mübahisə nəyin üstündə olub. Hansısa kanaldan çəkilişə çağırıblar. Babamın da fonoqram oxumaqdan zəhləsi gedirdi. Ancaq həmin gün nə isə çıxılmazlıq olub, musiqiçi olmayıb. Mirzə müəllim də Brillianta zəng eləyib, deyib musiqiçin, qarmonçalan Ənvərə de, mənimlə gəlsin, canlı musiqilər ifa edim. Brilliant da deyib ki, Ənvər mənə lazımdı, biz axşam toya gedirik. O da inciyib Brillinatdan.
– Bu inciklikdən nə qədər sonra rəhmətə getdi?
– Hardasa 3-4 il sonra. Bu illər ərzində də onlar danışmayıblar. Bu yaxınlarda, İcimai Tv-də Mirzə Babayevə həsr olunmuş bir veriliş idi, orada mən Brilliant xanımla görüşdüm. Yaxınlaşıb məndən üzrxahlıq elədi.
– Yasına gələ bilmədiyinə görə?
– Xeyr. O elə bilmişdi ki, mən bibimin oğlu Ülviyəm. Brilliant Ülvinin toyunda oxuyub. Onda yaxınlaşdı mənə, dedi ki, çox üzr istəyirəm, adınız yadımdan çıxdı, sizin toyunuzda oxumuşam, o kaseti mənə verə bilərsiniz? Dedim ki, siz məni Ülvi ilə səhv salmısınız.
Azərbaycana gətirilən 500 tondan artıq kartof gömrükdə çürüyür – Video

Misirdən Azərbaycana gətirilən 500 tondan artıq kartof bir aydır ki, gömrük rəsmiləşməsindən keçirilmir, mallar maşınlardan boşaldılmır.
Gəncə Gömrük İdarəsinin yaxınlığında, yük maşınlarında gözləyən tonlarla məhsulun xarab olması ciddi narahtlığa çevrilməyə başlayıb.
Uzun müddətdir həllini tapmayan problem TIR sürücüləri ilə yanaşı, ətraf ərazidə yaşayanlar üçün də ciddi naratlığa səbəb olub.
Məsələ ilə əlaqədar Dövlət Gömrük Komitəsindən bildirilib ki, gömrük ərazisinə gətirilən mallara dair bəyannamə 15 gündən gec olmayaraq verilməlidir:
“Misirdən 31 nəqliyyat vasitəsilə gətirilmiş ərzaqlıq kartof yüklərindən 29-u barədə qeyd olunan müddət keçməsinə baxmayaraq müvafiq gömrük bəyannamələri təqdim edilməyib. Yalnız 2 nəqliyyat vasitəsində gətirilmiş mallara dair gömrük bəyannamələri təqdim edilib, lakin qanunvericilikdə nəzərdə tutulan gömrük ödənişləri ödənilməyib. Bəyannamənin təsdiqi gömrük borcu yaratdıqda malların buraxılışı həmin ödənişlərin ödənilməsi və ya bu borca görə təminat verilməsi şərti ilə həyata keçirilir. Qeyd olunan məsələ ilə bağlı idxalatçıya yazılı şəkildə bir neçə dəfə xəbərdarlıq göndərilib və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, həmçinin nəqliyyat vasitələrinin sürücüləri ilə dəfələrlə müzakirələr aparılıb. Görülən bütün tədbirlərə baxmayaraq idxalatçı qanunvericiliyin tələblərinə riayət etməyib və bu səbəbdən malların gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi mümkün olmayıb”.
Mingəçevirdə evdə partlayış – Video

Mingəçevir şəhəri, 2-ci Günəşli döngəsi adlanan ərazidə fərdi yaşayış evində partlayış baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 88kv.m. olan birmərtəbəli dördotaqlı fərdi yaşayış evində yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub.
Partlayış dalğasının təsirindən evə ziyan dəyib, xəsarət alan olmayıb.
FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Qaz pedalı ilə əyləci səhv saldı – Maşını “Araz”a girdi-Video

Bu gün Abşeron rayonu Saray qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
“Kia Rio” markalı avtomobil idarəetmədən çıxaraq “Saray” MTK binasının 1-ci mərtəbəsində yerləşən “Araz” marketə daxil olub.
Qəza zamanı xəsarət alan olmasa da, marketə və maşına ciddi ziyan dəyib.
Qəzaya sürücünün qaz pedalı ilə əyləci səhv salması səbəb olub.
Təmiz gələcək naminə Baku Steel Company: ekoloji dayanıqlıq və səmərəlilik – VİDEO

Cənubi Qafqazın ən iri polad istehsalçısı olan “Baku Steel Company” QSC (bundan sonra — BSC) ətraf mühitin mühafizəsi və ekoloji standartlara uyğunluğun təmin edilməsi istiqamətində daha bir mühüm addım ataraq, növbəti genişmiqyaslı layihəni uğurla başa çatdırıb.
BSC Elektrik poladəritmə sexində yaranan qazların tozdan və bərk hissəciklərdən təmizlənməsini və filtrasiyasını təmin edən, eləcə də tullantıların atmosferə atılmasının qarşısını alan Qaz-Toz Tutucu Qurğusunu (QTTQ) modernizasiya edib.
Layihə İsveçrənin “AS Metals Technologies” SA şirkəti ilə uzunmüddətli əməkdaşlıq çərçivəsində həyata keçirilib. Texniki layihələndirmə mərhələsi bir ildən çox davam edib, montaj və sazlama işləri, bu cür irimiqyaslı layihəyə nəzərən istehsalatda mümkün minimum fasilələrlə, 2025-ci ilin əvvəlində uğurla tamamlanıb.
Kompleks modernizasiya işləri QTTQ-nin istismarını metallurgiya prosesinin müxtəlif mərhələlərində əhatə edir. Belə ki:
- Elektrik-qövs sobasında poladın əridilməsi. Poladəritmə sobasından və sobanın ətrafından tozun sovrulma intensivliyini artırmağa imkan verən ilkin qaz bacası xəttinə əlavə olaraq əsas və gücləndirici ventilyatorlar quraşdırılıb.
- Soba-çalov qurğusunda sobadankənar polad emalı. Qazların daha yaxşı tutulması üçün yeni çətir, qaz axınını artırmaq üçün əlavə gücləndirici ventilyatorlar, qaz axınının istiqamətinə nəzarəti təmin edən su soyutma sisteminə malik yeni mexanikləşdirilmiş çalov qapağı istismara verilib.
- Ümumi sex sahəsi. Sexin ümumi sahəsindən qeyri-mütəşəkkil tozu kənarlaşdırmaq üçün aerator quraşdırılıb və QTTQ-nin ümumi sisteminə qoşulub.
- Tullantıların filtrasiyası sistemi. Yaranan şlamların və tozların toplanması üçün filtrlərin (5000-ə qədər) və çənlərin sayı (16-ya qədər) artırılıb.
- Bundan əlavə, QTTQ-nin avtomatlaşdırılmış idarəetmə sistemi təkmilləşdirilib ki, bu da sistemin müxtəlif komponentlərinin işini optimallaşdırmağa və xaric olan qazların və tozun daha iri həcmdə təmizlənməsinə imkan verir.
Nəticədə, sexdə istehsalat heyətinin iş şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşıb; atmosferə atılan tozun miqdarı beynəlxalq ekoloji və texnoloji standartlara uyğun olan səviyyəyə qədər azaldılıb.
Eyni zamanda, tullantıların idarə edilməsi sahəsində beynəlxalq ISO standartlarına uyğun olaraq, QTTQ tərəfindən toplanan şlam və tozun bir hissəsi ayrı-ayrı material növləri üçün xammal kimi emala göndərilir. Bu yanaşma həm tullantıların azaldılmasına, həm də ekoloji vəziyyətin daha da yaxşılaşdırılmasına kömək edir.
Layihə texniki səviyyəsinə və funksional imkanlarına görə regionda ilk nümunələrdən biri hesab olunur. Belə ki:
- Metallurgiya istehsalında yaranan qazların təmizlənməsi üçün qurğunun ümumi gücü təxminən iki dəfə – 930.000 m³/saatdan 1.700.000 m³/saatadək artırılıb.
- Quraşdırılmış metal konstruksiyaların ümumi ağırlığı 200 tona çatır.
- Layihəyə 100-ə yaxın insan cəlb edilib, onlardan 50 nəfəri podratçı olan kənar təşkilatların əməkdaşlarıdır (avadanlığın montajı mərhələsində 4 yerli podratçı şirkət iştirak edib). Layihə üzrə ümumi iş yükü təxminən 25.000 adam/saat təşkil edib.
BSC ətraf mühitə təsiri minimuma endirmək, tullantıların davamlı və səmərəli idarə olunmasını təmin etmək, eləcə də ekoloji qanunvericiliyin tələblərinə tam riayət etmək üçün daim istehsal proseslərini müasirləşdirir. Şirkət gələcəkdə də “yaşıl” təşəbbüslərlə ətraf mühitin mühafizəsinə töhfə verməyi və sənayenin dayanıqlı inkişafında liderliyini qorumağı hədəfləyir.
Prezidentin işgüzar səfərinin – Videosu

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə bu ölkədə işgüzar səfərdə olub.
Prezidentin səfərindən hazırlanmış videoçarx dövlət başçısının sosial şəbəkə hesablarında paylaşılıb.
Həmin videonu təqdim edirik:
“Nəvən olub, gözün aydın” – Ərdoğan Əliyevə (VİDEO)

Xəbər verdiyimiz kimi, bu gün bu gün Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclası keçirilir.
Iclasda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.
Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan görüşüblər və onlar arasında maraqlı dialoq baş tutub.
Ərdoğan İlham Əliyevə yaxınlaşaraq onu təbrik edib, nəvələrinin sayının 9-a çatdığını bildirib.
Kürə atdığı 16 yaşlı Nuranə ilə qeyri-rəsmi nikahda imiş… – VİDEO

Xəbər verdiyimiz kimi, Sabirabadda 16 yaşlı Ələkbərova 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadə tərəfindən qətlə yetirilərək Kür çayına atılıb.
ilə Talıbzadə qeyri-rəsmi nikahda yaşayıb.
Maraqlıdır ki, Seyidrəsulun ilə necə ailə qurması heç kimə məlum deyil.
Ətraflı süjetdə:
“Bandotdel” 75 kilo narkotiki dövriyyədən çıxardı – Video

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi narkotiklərin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirib.
Silsilə əməliyyatlar paytaxtda və bölgələrdə keçirilib.
Tədbirlər zamanı əvvəllər məhkum olunmuş 45 yaşlı Əli Əliyev və tanışı Zamik Əliyev, 60 yaşlı Telman Məmmədov, 34 yaşlı Tural Cəfərov, 35 yaşlı Hüseyn Məmmədov, 32 yaşlı Hikmət Axundov, 37 yaşlı Rəvan Baxışov, 28 yaşlı Arzu Əsgərov, 43 yaşlı Vüsal Məmmədov və əvvəllər məhkum olunmuş 24 yaşlı Ayaz Usubov saxlanılıblar. Bu şəxslərdən 75 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.
Faktlarla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs-qətimkan tədbirləri seçilib.
Saxlanılan şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin də aşkarlanaraq cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

31 yaşında məzun oldu, Qarabağda iş tapdı – Video

Toğrul Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin məzunudur.
O, 2024-cü ildə elektrik avadanlıqlarının quraşdırılması və istismarı ixtisası üzrə məzun olduqdan sonra Ağdam Sənaye Parkında İşarəvermə, Mərkəzləşdirmə və Bloklama üzrə elektrik kimi işə başlayaraq Qarabağın dirçəlişində birbaşa iştirak edir.
Bu, sadəcə bir gəncin uğur hekayəsi deyil – bu, illərlə nisgillə baxdığımız torpaqlara həyatın, işığın, ümidin geri qayıdışıdır.
Sən də yoluna peşə ilə başla, peşə təhsili və təlimi al, Qarabağa peşənlə qayıt!
Qəbələdə ailə evsiz qaldı – Video

Qəbələ rayonu, Kürd kəndində ev yararsız hala düşüb.
Mənsur Əsədova məxsus evin yararsız vəziyyətə düşməsi ilə əlaqədar ailənin yaşayış yerinin olmaması barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub.
Bununla əlaqədar FHN-in Şimal-qərb Regional Mərkəzinin əməkdaşları tərəfindən ailənin müvəqqəti yaşayışı məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.
Bakıda kişi 9 qaşığı niyə udub? – Video

9 ədəd qaşıq udan Bakı sakini Mətləb Bədəlov psixiatriya xəstəxanasında müalicə alırmış.
Kişi elə qaşıqları da orada olarkən udub.
“Özünün və psixiatriya xəstəxanasının personalının dediyinə görə, hadisə axşam yeməyi əsnasında baş verib. Mətbəxdə qaşıqların yerində olmadığını görən personal şübhələnib. Şübhə yaranmasına səbəb isə xəstənin əvvəllər də bu kimi hərəkətlər etməsi olub” , – Mətləb Bədəlovu əməliyyat edən həkim bildirib.
Ətraflı “Xəzər Xəbər”in videomaterialında:
Bu şəxslər həbs edildi – DTX-dən əməliyyat – VİDEO

Beynəlxalq terror təşkilatları ilə əlaqəsi olan Azərbaycan Respublikasının vətəndaşlarından ibarət cinayətkar dəstələr formalaşdırma, ölkənin şimal bölgəsində meşə massivində yeraltı sığınacaqlar yaradılması ilə müşayiət olunan terror aktlarına hazırlıq, bu məqsədlə silah-sursat, partlayıcı maddələr, texniki qurğular və digər zəruri ləvazimatlarla təchiz etmə əməlləri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işləri üzrə kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Aparılan araşdırmalarla terrorçuluq cinayətlərinin törədilməsi məqsədilə yaradılmış dəstənin üzvləri olan Azərbaycan Respublikasının vətəndaşları – Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli və Dadaş Həşimovun 2024-cü ildə Azərbaycan Respublikasını tərk edərək Pakistan İslam Respublikasının Əfqanıstanla sərhədində yerləşən dağlıq ərazilərdə gizləndikləri təsbit edilmişdir. Onların beynəlxalq terror təşkilatının tərkibində Azərbaycanın hüdudlarından kənarda döyüş təlimlərində və silahlı münaqişələrdə iştirak etmələri, cinayətkar məqsədlərlə silahlı təlimlər keçmələri müəyyənləşdirilmişdir.
DTX tərəfindən tərəfdaş xarici xüsusi xidmət və hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində barələrində istintaq aparılan adları qeyd olunan şəxslərin xarici ölkələrin ərazisində ələ keçirilərək Azərbaycana gətirilmələri təmin edilmişdir.
Həmçinin görülən tədbirlərlə Tofiq Yusiflinin və Dadaş Həşimovun terrorçuluq fəaliyyətlərinin Azərbaycan Respublikasının vətəndaşları – Mir Cavad Hüseynli və Tural Ağayev tərəfindən maliyyələşdirildiyi, habelə sonuncuların digər cinayət əməlləri aşkar olunmuşdur.
Cinayətkar dəstənin üzvləri – Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli, Dadaş Həşimov, Mir Cavad Hüseynli və Tural Ağayev müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 283-1.3 (dini məzhəbləri yayma, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış sabit qruplarda, təlimlərdə və silahlı münaqişələrdə iştirak etmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilmiş, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bakıdan çəkdiyi video bir gecəyə yarım milyon baxıldı – Video

Serialları tənqid etməsi ilə məşhur olan türkiyəli yutuber Murat Soner Azərbaycana gəlib.
O, Bakı səfərindən maraqlı vloq paylaşıb. Sözügedən video yutub platformasında trendə düşüb, hazırda 12-ci yerdə qərarlaşıb. Bir gecəyə həmin video yarım milyon baxış yığıb.
M. Soner paytaxtımızı bir qədər gəzdikdən sonra “Mall”da kinoteatra gedib. O, film afişalarının yetərli olduğunu, lakin izləyici sayının Türkiyədəki kimi azlıq təşkil etdiyini bildirərək təəssüflənib.
Bloqer, həmçinin Azərbaycan yeməklərinin ləzzətli olduğunu bildirib. O, şirniyyatlardan paxlava və şəkərburanın dadına baxıb.
Bundan sonra o, bir neçə serialımızı izləyib. İzləyiciləri isə Sonerə bildirib ki, Azərbaycanın ən yaxşı ekran işi “Əqrəb mövsümü”, ən pis isə “Vicdan haqqı” serialıdır.
Yutuber, eyni zamanda Bakının gözəlliyindən danışaraq binaların Avropa stilində inşa edildiyini söyləyib.
Ötən həftə 13 azyaşlı xilas edildi – Video

Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında FHN-in aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 150 yanğına çıxış, 30 halda köməksiz vəziyyətdə qalma, 2 avtonəqliyyat qəzası və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən həftə ərzində 13-ü azyaşlı olmaqla 39 nəfər xilas edilib, 5 nəfər təxliyə olunub, 1 nəfər xəsarət alıb, 3 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
35 yaşlı kişi 8 manata görə öldürülüb? – Video

Abşeronda iaşə obyektində qətl hadisəsi törədilib.
Hadisə ötən gün Xırdalan şəhərində obyektdə oturan 3 nəfər arasında mübahisə düşdükdən sonar baş verib.
Kafe sahibi bildirir ki, onların mübahisəsini görüb və çölə çıxmalarını xahiş edib.
İddialara görə, borc üstündə başlayan mübahisə nəticəsində 35 yaşlı Heybət Quliyev qətlə yetirilib. Mübahisəyə 8 manat borcun səbəb olduğu bildirilir.
Hadisə ilə bağlı DİN-in Mətbuat xidmətindən bildirilib ki, cümə günü saat 22 radələrində qətl törədilməsi ilə bağlı polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən 27 yaşlı İlkin Novruzov saxlanılaraq istintaqa təhvil verilib.
Ətraflı “Xəzər Xəbər”in videomaterialında:
Mübahisəli cərimələr zamanı – Nə etməli? – VİDEO

Azərbaycanda bəzi sürücülərin üzləşdiyi ən ciddi problemlərdən biri də mübahisəli cərimələrdir.
Bununla əlaqədar İTV sujet hazırlayıb.
Belə sürücülərdən biri də Roman Heydərlidir. O iddia edir ki, 2023-cü ildən ölkədə olmayan adamla 2025-ci ilin aprelində radara düşüb: “Mən nə qədər irad bildirdim. Dedilər ki, texniki səhvdir. Neçə gündür əlaqə saxlayıram, heç bir dəyişiklik yoxdur. Cərimə də yerində qalıb”.
Şikayətçinin sözlərinə görə, bundan əvvəl də başqa cür cərimələnib: “İllərdir istifadə etmədiyim, texniki baxış, sığorta olunmayan, tam yararsız, xarab maşını təmir etmək üçün yolun hərəkət hissəsi olmayan yerdə saxlamışdım. Maşının kapot hissəsi açıq, usta işləyən yerdə yanımızdan DYP maşını keçdi. Onlar da avtomatik çəkiliş edirlər. Bir az keçəndən sonra gördüm ki, adıma cərimə gəlib”.
Ekspert Yasin Mustafayev deyir ki, belə halların baş verməsinə səbəb həm texniki problemlər, həm də məsələnin düzgün araşdırılmaması ola bilər: “Belə olan hallarda sürücü müəyyən addımlar ata bilər. Hər bir sürücü özünə elektron kabinet açsın. Orada “şikayət et” bölməsindən istifadə etsinlər. Etmədikləri xətalarla bağlı protokol tərtib olunubsa, şikayət edə bilərlər. Bununla da onların adına tərtib olunan protokol ləğv oluna bilər”.
Hüquqşünas Esmira Rzayevanın sözlərinə görə, vətəndaş ona hansı xətanı törətdiyi və hansı cərimə yazıldığına dair protokol tələb edə bilər: “Əgər vətəndaş hesab edirsə ki, həmin xətanı o törətməyib, bu zaman məhkəmə qaydası ilə həmin protokolun ləğv edilməsi və tərtib olunmuş cərimənin silinməsini tələb edə bilər”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, sürücülərin törətdikləri xətaya görə qeydiyyatını təmin edən elektron sistemin dəqiqliyi və şəffaflığı davamlı olaraq diqqətdə saxlanılır.
Ətraflı İTV-nin videomaterialında:
Həmçinin baxın
Təmiz gələcək naminə Baku Steel Company: ekoloji dayanıqlıq və səmərəlilik – VİDEO
Azərbaycan Ordusu silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçib – VİDEO