
Fevralın 13-də neft qiymətləri tədricən artmağa başlayıb, çünki treyderlər yanacağa tələbatla bağlı perspektivləri və Yaxın Şərqdən tədarüklə bağlı fasilələrə dair riskləri qiymətləndirir.
Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 1 barel üçün 82,08 ABŞ dolları təşkil edib və bu da əvvəlki sessiyanın yekun qiymətindən 0,1 % çoxdur.