Qlobal tələbin azalması ilə bağlı narahatlıqlar və İrandan neft tədarükünün artması ehtimalı fonunda dünya bazarında “qara qızıl”ın qiyməti aşağı düşüb.

Londonun ICE birjasında “Brent” neftinin oktyabr fyuçersləri 1 % və ya 0,98 dollar ucuzlaşaraq 1 bareli 97,17 ABŞ dollarına satılıb. Nyu-Yorkun əmtəə birjasında (NYMEX) WTI neftinin sentyabr fyuçerslərinin qiyməti isə 0,98 % və ya 0,9 dollar aşağı düşərək 1 bareli 98,15 ABŞ dolları təşkil edib.

Avropa İttifaqı (Aİ) İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) qarşı sanksiyaları zəiflətməyi təklif edir.

Digər tərəfdən, OPEC 2022-ci ildə neftə olan tələb proqnozunu gündəlik 0,3 milyon barel azaldaraq, 3,1 milyon barel müəyyən edib. 2023-cü il üçün proqnoz isə 2,7 milyon barel səviyyəsində saxlanılıb.

Bununla da, OPEC-in hesablamalarına görə 2022-ci ildə neft istehlakı gözlənildiyi kimi gündəlik 100,3 milyon barel deyil, 100,03 milyon barel təşkil edəcək.

İstinadlar Report