
Dünya bazarında neft qiymətləri artıb.
“Brent” markalı neftin noyabr fyuçersləri 0,69 % bahalaşaraq 1 barel üçün 95,08 ABŞ dolları təşkil edib. Bu, ötən il noyabrın 15-dən bəri rekord həddir.
WTI markalı neftin oktyabr fyuçerslərinin qiyməti isə 0,83 % artaraq 91,33 ABŞ dolları olub.