Bu gün dünya bazarlarında neft əvvəlki sessiyada cüzi artımdan sonra bahalaşıb.
Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin oktyabr fyuçersləri 1 barel üçün 0,27 ABŞ dolları (0,35 %) bahalaşaraq 76,75 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində “WTI” markalı neftin sentyabr fyuçersləri isə bir barel üçün 0,3 ABŞ dolları (0,41 %) bahalaşaraq 73,5 ABŞ dolları olub.