Londonun ICE birjasında 2024-cü ilin martında çatdırılacaq “Brent” markalı neftin fyuçerslərinin qiyməti yanvarın 9-dan bəri ilk dəfə bir barel üçün 76 dollardan aşağı düşüb.

Bunu ticarət məlumatları göstərir.

Bakı vaxtı ilə saat 04:20-yə olan məlumata görə, “Brent” markalı neftin bir barelinin qiyməti 0,31 % ucuzlaşaraq 75,98 dollar olub.

Bakı vaxtı ilə saat 04:37-də “Brent” markalı neftin bir barreli 76,21 dollar (0,3 %) olub. Eyni zamanda, 2024-cü ilin fevralında çatdırılacaq WTI markalı xam neftin fyuçersləri 0,35 % ucuzlaşaraq bir barel üçün 73,58 dollar təşkil edir.

İstinadlar Report