Çinin koronavirus məhdudiyyətlərini yüngülləşdirəcəyi ilə bağlı gözləntilər neftin qiymətinin artmasına səbəb olub.

Şimal dənizində hasil olunan “Brent” neftinin yanvar fyuçersləri 1,13 % bahalaşaraq 1 bareli 83,97 ABŞ dollarına satılıb. WTI neftinin yanvar fyuçerslərinin qiyməti isə 1,14 % artaraq 1 bareli 79,09 ABŞ dolları təşkil edib.

Çin hökuməti yaşlı əhalini koronavirusa qarşı daha aktiv şəkildə peyvəndləmək planlarını açıqlayıb və 80 yaşdan yuxarı şəxslər üçün peyvəndlər arasındakı müddəti 3 aya endirib.

İstinadlar Report