
“Azərbaycanın Qarabağ bölgəsindəki separatçılara, qanunsuz silahlı birləşmələrə və qruplara qarşı həyata keçirdiyi lokal antiterror tədbirləri strateji dəyişikliklərə səbəb olub”.
Bu barədə “Maariv” onlayn qəzetində dərc olunan ABŞ Hərbi-Dəniz Donanması Ali Məktəbinin müəllimi, xarici siyasət üzrə ekspert Brenda Şafferin məqaləsində deyilir.
“Ermənistanın bu tədbirlərə qarışmaqdan imtina etməsi sülh prosesinin bərpasına, regionda nəqliyyat və ticarət yollarının açılmasında irəliləyiş əldə olunacağına ümid verir”, – B.Şaffer bildirib.
Ekspertin fikrincə, İran və Rusiya strateji bölgə uğrunda mübarizədən belə asanlıqla əl çəkməyəcəklər: “Ona görə də çox güman ki, biz Tehran və Moskvanın təsirlərini bərpa etmək üçün daha böyük fəallığını görəcəyik”.