Braziliyanın şərqində dağ yolunda avtobusun aşması nəticəsində azı 17 nəfər həlak olub və təxminən 30 nəfər xəsarət alıb.
Bu barədə yerli G1 portalı məlumat yayıb.
Hadisə Alaqoas ştatının Unian-dos-Palmaris bələdiyyəsində yerləşən Serra-da-Barriqa yaşayış məntəqəsi yaxınlığında baş verib.Avtobusda 40 nəfər olub. Qəza nəqliyyat vasitəsinin texniki nasazlığı səbəbindən baş verib və nəticədə sürücü idarəetməni itirib.