Braziliyanın keçmiş prezidenti Jair Bolsonaru dövlət çevrilişi üzrə cinayət işində məhbusları dəstəkləmək üçün San Pauluda bir neçə min insanı aksiyaya toplayıb.

“Bolsonaru yanvarın 8-də Paulista prospektində (San Paulonun mərkəzində) dövlət çevrilişi ilə bağlı məhbuslara amnistiya elan edilməsini dəstəkləyib. Nümayiş Bolsonarunun təşəbbüsü ilə çağırılıb”, -KİV qeyd edib.

“Mən sülh axtarıram. Bu gün Braziliyada ədalətin bərqərar olması üçün 513 deputat və 81 senatordan amnistiya tələb edirəm”, – Bolsonaru deyib.

İstinadlar Report