Braziliyanın Boa-Vista şəhərində yerləşən zavodda qaz partlaması nəticəsində dörd nəfər ölüb.

“Report”un məlumata görə, bu barədə “G1” nəşri yazıb.

Qeyd olunub ki, partlayışda daha iki nəfər yaralanıb. Ölən şəxslər yanacaq doldurmaqla məşğul olublar.

Polis yerli sakinlərin ən azı üç partlayış eşitdiyini söyləyib. Hadisənin səbəbi müəyyənləşdirilir.

İstinadlar Report