Nyu-York birjalarında keçirilən hərraclarda Arabica qəhvəsinin qiyməti Braziliyada soyuq hava ilə əlaqədar kəskin artıb və iyulun əvvəlindən bəri ən yüksək səviyyəyə çatıb.
Bu barədə “Bloomberg” yazıb.
Qeyd olunub ki, minimal şaxta birjada qəhvə tədarükü ilə bağlı narahatlıqları tətikləmək üçün kifayət olduğundan, Arabica fyuçersləri kəskin şəkildə – 7% bahalaşıb.