Braziliyanın San-Paulu şəhərində vertolyotun qəzaya uğraması nəticəsində televiziya və radio apacısı Rikardu Boeşat həlak olub.

Pilot və jurnalistin göyərtəsində olduğu hava gəmisi şəhər avtomagistrallarından birinə düşüb.

Vertolyot yol ilə hərəkətdə olan yük maşınının kabinasına dəyərək yerə düşüb və yanmağa başlayıb. Avtomobilin sürücüsü yaralansa da, sağ qalıb.

Daha əvvəl İstanbul şəhərində hərbi vertolyotun qəzaya uğraması nəticəsində 4 hərbçi həlak olub.

İstinadlar Report