Braziliyada dezinformasiyanın yayılması ilə bağlı narahatlıqlar səbəbindən teleqram messencerinin fəaliyyəti qadağan edilə bilər.

Bu barədə “Valor Economico” qəzeti məlumat yayıb.

Qəzetə görə, bu ilin oktyabrına təyin edilmiş ümumi seçkilər ərəfəsində teleqramın yalan xəbərlər və digər növ dezinformasiyalar göndərmək üçün istifadə oluna biləcəyindən ehtiyat edilir.

İstinadlar Report