
Braziliyanın Tefe gölündə son 7 gündə yüzdən çox ölü delfin tapılıb.
Bu barədə “CNN” məlumat yayıb.
Braziliya Elm və Texnologiya Nazirliyi tərəfindən yaradılan Mamiraua İnstitutu vurğulayıb ki, delfinlərin ölümünə səbəb quraqlıq və Amazonda rekord yüksək su temperaturu ola bilər.
Hazırda ekspertlər və fəallar delfinləri temperaturun aşağı olduğu Amazonun əsas axınına apararaq onları xilas etməyə çalışırlar, lakin bu yerlərin çətin relyefi işləri çətinləşdirir.