Braziliya Ali Məhkəməsi qarşısında baş verən iki partlayış nəticəsində ən azı bir nəfər ölüb.
Məlumata görə, Braziliyanın paytaxtında partlayış nəticəsində ölən şəxs partlayıcı qurğu ilə Federal Ali Məhkəmənin binasına girməyə cəhd edib.
Hadisə ilə bağlı Federal Dairə qubernatorunun müavini Selina Leao bildirib: “Vətəndaş Ali Məhkəməyə yaxınlaşıb, içəri girə bilməyib və bundan sonra qapıda partlayış olub”.
Polis hələ də ölən şəxsin kimliyini təsdiqləməyib, çünki onun bədənində hələ də partlayıcı qurğular var.Hadisəni törədən şəxs əvvəl sosial şəbəkələrdə terror aktı ilə hədələyən Fransisko Vanderley olub.
KİV-in məlumatına görə, Vanderley 2020-ci ildə bələdiyyə seçkilərində lideri Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro olan Liberal Partiyasından namizəd kimi iştirak edib, lakin seçilməyib.
İki partlayışın baş verdiyi meydanın ətrafında Federal Ali Məhkəmənin, Milli Konqresin binası və Prezidentin işçi iqamətgahı yerləşir.