Çərşənbə axşamı Braziliyanın Parakatu şəhərində (Cənub-Şərqi Minas Jerays ştatı) kilsədə baş vermiş atışma nəticəsində 3 nəfər ölüb.

Bu barədə “Globo” telekanalı məlumat yayıb.

Bildirilir ki, bir nəfər şəxs odlu silahla kilsəyə daxil olaraq orada olan insanlara atəş açıb. İki ziyarətçi və bir müqəddəs ata onun qurbanı olub.

Şahidlərin sözlərinə görə, hücum edən şəxsin əsas hədəfi din xadimi olub, lakin o, qaça bilib. Hadisə yerinə gələn polis caniyə atəş açmaq məcburiyyətində qalıb, ardınca o, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, faciəyə qısqanclıq səbəb olub. Polis belə bir qənaətə gəlib ki, ölümdən qaçan pastor 4 qadınla evli olub. Onlardan sonuncusu əvvəllər kilsədə atəş açan şəxslə münasibətdə olub. Qadın həmin gecə cani tərəfindən aldığı bıçaq xəsarətləri nəticəsində keçinib.

İstinadlar Report