Braziliyanın Portu-Nasiunal (Tokantis ştatı) şəhərində təyyarə qəzası baş verib.

Bu barədə “Globo” nəşri bildirib.

Hadisə zamanı təyyarədə pilotdan başqa, Braziliyanın dördüncü divizionunun klubu “Palmas”ın prezidenti və dörd futbolçusu olub. Onların hamısı qəza zamanı həlak olublar.

Qeyd edilir ki, təyyarə səmaya qalxdıqdan dərhal sonra uçuş zolağı yaxınlığında qəzaya uğrayıb.

İstinadlar Report