Braziliyada artıq üç gündür ki, koronavirusa yoluxanların sayı 32 mindən çox olur.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Belə ki, Braziliyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı bir gün ərzində 32 817 nəfər olub.

Son sutkada ölkədə daha 831 nəfər ölüb. Bununla ümumi ölüm sayı 139 808 min nəfərə yüksəlib.

İstinadlar Report