Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa daha 10 284 nəfər yoluxub.

“Report”un verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 3 180 758 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka koronavirusdan 265 nəfər vəfat edib, ölənlərin ümumi sayı 104 528 nəfər təşkil edir.

Qeyd edilir ki, ölkədə koronavirusa yoluxanlardan 2 309 477 nəfər sağalıb.

İstinadlar Report