Braziliyada koronavirus qurbanlarının sayı 35 min nəfəri ötüb.

Bu barədə yerli Səhiyyə Nazirliyi bildirib.

Son sutka ərzində ölkədə daha 1 005 nəfər COVID-19-un qurbanı olub.

Ötən gün ərzində koronavirusa 30 830 yoluxma qeydə alınıb.

Son məlumatlara görə, Braziliyada COVID-19-a ümumilikdə 645 771 yoluxma qeydə alınıb, 35 026 nəfər ölüb.

ABŞ-ın Con Hopkins Universitetinin məlumatına görə, Braziliya dünyada koronavirus qurbanlarının sayına görə ABŞ və Britaniyadan sonra üçüncü yerdə qərarlaşıb. Ölkə həmçinin təhlükəli virusa yoluxma hallarının sayına görə dünyada ABŞ-dan sonra ikincidir.

İstinadlar Report