Braziliyanın Fortaleza şəhərində 7 mərtəbəli yaşayış binası üçüb.

Hələlik bir nəfərin dağıntılar altında qalaraq öldüyü məlum olub.

Hadisə yerinə cəlb edilən yanğınsöndürmə xidmətinin əməkdaşları azı 15 nəfərin dağıntılar altında qala biləcəyini bildiriblər.

Hadisəyə qaz sızmasının səbəb ola biləcəyi ehtimal olunur.

Hazırda yaxınlıqdakı evlərin sakinləri təxliyyə olunur. Ərazidə qaz və işıq təchizatının kəsildiyi bildirilir.

İstinadlar Report