Braziliyanın Belo Horizonte şəhəri yaxınlığındakı Brumadinyo qəsəbəsində bəndin dağılması nəticəsində ölənlərin sayı 207-ə çatıb.

Qəzada həmçinin 100-dən artıq şəxsin itkin düşdüyü güman edilir. Hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Xatırladaq ki, hadisə yanvarın 25-də “Vale” şirkətinə məxsus mədəndə bəndin dağılması nəticəsində baş verib.

İstinadlar Report