“Ölkəmiz ideoloji quruluşa görə Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxmağı nəzərdən keçirə bilər”.

Bunu Braziliya prezidenti Jair Bolsonaru bəyan edib.

“Mən xəbərdarlıq edirəm: ABŞ ÜST-dən çıxdı və biz gələcəkdə bunu düşünürük. Ya ÜST ideoloji əsas olmadan fəaliyyət göstərəck, ya da biz bu təşkilatdan ayrılacağıq”.

Qeyd edək ki, Braziliya koronavirusun yayılmasına görə dünyada ikinci yeri tutur. Ölkədə 614 min nəfər yoluxmuş, 34 min adam ölüb.

İstinadlar Report