Braziliya Prezidenti Jair Bolsonaru COVID-19-a qarşı peyvənd olunmadığından Nyu-Yorkda restorana buraxılmayıb.

Dövlət başçısı BMT Baş Asamblyeyasının 76-cı sessiyasında iştirak etmək üçün ABŞ gəlib. Təşkilatın binasına giriş üçün peyvəndi təsdiq edən sənəd tələb olunmasa da, Nyu-Yorkdakı ictimai qida yerlərinə giriş üçün vaksin sertifikatı tələb olunur.

Xatırladaq ki, BMT Baş Asamblyeyasının 76-cı sessiyası sentyabın 14-də işə başlayıb. Sessiyanın əsas tədbiri olan yüksək səviyyəli həftə sentyabrın 21-27-də baş tutacaq.