
Braziliya prezidenti Luis İnasio Lula da Silva pnevmoniyaya görə Çinə səfərini təxirə salıb.
Bu barədə dövlət başçısı tvitter hesabında yazıb.
Yeni səyahət tarixi hələ təyin edilməyib. Da Silva ilə birlikdə yüzlərlə braziliyalı fermerin, həmçinin qubernatorların, senatorların, deputatların və nazirlərin də daxil olduğu böyük bir nümayəndə heyətinin Çinə yola düşəcəyi gözlənilir.