Braziliya Prezidenti Luis İnasio Lula da Silva əməliyyat olunub.
Bu barədə Sirio-Libanes xəstəxanası məlumat yayıb.
“Kəllə sümüyünün trepanasiyası fəsadsız keçib. Hazırda prezidentin vəziyyəti yaxşıdır və intensiv terapiya palatasında müşahidə altındadır”, – məlumatda qeyd olunub.