
Braziliya Prezidenti Lula da Silva Rusiyaya səfərini başa vurduqdan sonra Pekinə gedəcək. Orada Çin Sədri Si Cinpin ilə Ukraynada sülh nizamlanması imkanlarını müzakirə edəcək.
Daha sonra Braziliya Prezidenti Fransa hökuməti ilə danışıqlar aparmağı planlaşdırır.
“Mən sülh məsələsini Çin Sədri Si Cinpin ilə müzakirə etmək niyyətindəyəm, daha sonra Fransa ilə müzakirə edəcəyəm. Çünki bu məsələdə Braziliyanı maraqlandıran yeganə şey tez bir zamanda dünyada normal münasibətlərə qayıtmaqdır”, – o jurnalistlərə bildirib.