Braziliya enerji sənayesinin gələcəyi ilə bağlı OPEC-lə dialoq aparmağa hazırdır, lakin qiymətləri təyin etmək və istehsalın məhdudlaşdırılması üçün kartelə qoşulmaqda maraqlı deyil.

Bunu ölkənin İqtisadiyyat naziri Paulo Quedes “Reuters” agentliyinə açıqlamasında deyib.

“Məlumat almaq və müzakirələr aparmaq üçün orada olmalısınız, ancaq neft böhranı yolu ilə Qərb demokratiyasına təzyiq göstərmək əsla olmaz. Prezident Bolsonarın prinsip və dəyərləri var. Onları bir ovuc nağd pula dəyişdirməyəcək”.

Bundan əvvəl Braziliya prezidenti Jair Bolsonaru ölkəsini OPEC-in tərkibində görmək istədiyini söyləyib. Onun fikrincə, Braziliyanın bunun üçün potensialı mövcuddur, çünki ölkə ərazisində böyük neft ehtiyatları var.

İstinadlar Report