
Braziliya 2024-cü ilin yanvarından OPEC+ alyansına qoşulacaq.
Hazırda OPEC+ə 23 ölkə, o cümlədən dünyanın ən böyük neft istehsalçıları – Rusiya və Səudiyyə Ərəbistanı da daxildir. OPEC ölkələri ilə kartelə daxil olmayan 11 ölkə arasında neft hasilatının məhdudlaşdırılmasına dair saziş 5 il əvvəl – 2016-cı il dekabrın 10-da dünyada enerji daşıyıcılarının qiymətlərinin aşağı düşməsi fonunda imzalanıb. Bu ittifaq OPEC+ adı alıb.
Braziliya kifayət qədər böyük neft istehsalçısıdır.Hazırda ölkədə neft hasilatı sutkada 3 milyon bareldən çoxdur.