Brauzer üçün “FriarFox” adlı genişlənmə populyar “Gmail” poçt xidmətinə müdaxilə və qurbanın yazışmasına tam giriş əldə edə bilər. Bu haqda informasiya təhlükəsizliyi üzrə ixtisaslaşmış “Proofpoint” şirkətinin saytında məlumat verilir.

Mütəxəssislərin məlumatına görə, Çinin “TA413” kibercinayətkar qruplaşması bu zərərli proqram təminatının köməyi ilə istifadəçilərə hücum edir. Haker qrupu bu üsulla Tibet təşkilatlarının “Gmail”dəki hesablarına müdaxiləyə cəhd edib.

“Firefox” brauzeri üçün genişlənmə quraşdırma vaxtı qurbana məxsus elektron poçt üzərində nəzarəti ələ keçirir. Hücum “Adobe Flash Player” proqram təminatının saxta yeniləmə səhifəsinə linkdən ibarət fişinq məktubu ilə həyata keçirilir. Fişinq məktubundakı link yalnız “Firefox” brauzerindən istifadə vaxtı təhlükəli olub.

Nəticədə hakerlər poçt hesabı üzərində nəzarəti ələ keçirməyə müvəffəq olublar.

Emil Hüseynov

İstinadlar ict news