
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Laçında əlverişsiz hava şəraitində azan və Ermənistan tərəfindən saxlanılan əsgərimizlə bağlı məlumat yayıb.
Bu barədə BQXK-nin Bakı ofisinin “X” hesabında paylaşım edilib.
“Azərbaycan hərbçisinin saxlanılması ilə bağlı aidiyyəti orqanlarla konfidensial, ikitərəfli dialoq aparırıq”, – məlumatda vurğulanıb.
Qeyd edək ki, Laçında xidməti mövqelər arasında əlverişsiz hava şəraitində istiqaməti itirərək azan Azərbaycan hərbçisi Ruslan Pənahov Ermənistan hərbçiləri tərəfindən saxlanılıb. Ona bir neçə uydurma ittiham üzrə cinayət işi başlanılıb.