Bu ilin yanvar-sentyabr aylarında BP şirkəti və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları sosial investisiya layihələrinə Azərbaycanda 0,8 milyon ABŞ dolları xərcləyiblər.

Bu barədə “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə bu ilin ilk üç rübü üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2 dəfə azdır.

Bu layihələrə hazırda davam edən 23 təhsil proqramı, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 3 layihə və ətraf mühit üzrə 1 təşəbbüs daxil olub.

Bundan əlavə, BP ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə təxminən 1 milyon ABŞ dolları vəsait xərcləyib. Bu 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,2 milyon ABŞ dolları və ya 25 % çoxdur.

İstinadlar Report