Dövlət Su Komissiyası tərəfindən ölkə ərazisində təsdiq olunan tədbirlər planına uyğun bir sıra işlər həyata keçirilir.
Tədbirlər planına uyğun olaraq həyata keçirilən layihələrdən biri də “Boztəpə kanalının yenidən qurulması”nın I mərhələsidir.
Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən 2022-ci ildə bərpasına başlanılan Boztəpə kanalının yenidən qurulmasının I mərhələsi artıq başa çatıb.
Kanalın su buraxma qabiliyyəti 8,6 kub m/san, uzunluğu isə 42,4 kilometrdir. Suvarma kanalı üzərində sudü¬şürən, suburaxan, supaylayıcı, borulu keçid və səviyyəqaldıran olmaqla ümumilikdə 186 hidrotexniki qurğu var.
Mənbəyini Araz çayından götürən suvarma kanalının yenidən qurulması İmişli rayonunda 8884 hektar və Beyləqan rayonunda 891 hektar olmaqla, ümumilikdə 9775 hektar torpaq sahəsinin suvarma suyu ilə təminatını yaxşılaşdırıb.
Hazırda 42,4 kilometr uzunluğu olan Boztəpə kanalında tikinti işləri başa çatıb, SCADA sistemlərinin inteqrasiyası üçün isə işlər davam edir.