Bakı Şəhər İcra Hakimiyyəti və AMEA Tarix İnstitutunun birgə layihəsi olan “Böyük qayıdış” kitabının təqdimatı keçirilib.

Təqdimat mərasimində çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, yeni kitab Qələbədən sonra Prezident İlham Əliyevin işğaldan azad edilmiş rayonlara səfərlərindəki çıxışlarının toplusudur: “Ölkə başçısının hər bir çıxışı dərin elmi-tarixi əhəmiyyət daşıyır. Bu gün bu dahi şəxsiyyətin siyasəti nəticəsində azad edilmiş torpaqlarda aktiv bərpa prossesi aparılır və Azərbaycan özünün yeni və şanlı tarixini yazır”.

Tədbirdə RİH-lərinə Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə birgə orta məktəblərdə Qarabağ həqiqətləri, şanlı qələbəmiz, Prezident İlham Əliyevin çoxşaxəli siyasi və sərkərdəlik fəaliyyətinin gənclər arasında təbliğinin gücləndirilməsi ilə bağlı tövsiyələr verildi.

Təqdimat mərasimində çıxış edən AMEA Tarix İnstitutunun direktoru Kərim Şükürov, Milli Məclisin deputatları Aydın Hüseynov və Azər Badamov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, qazi Namiq Seyfətdinli və digər çıxışçılar çap edilən yeni kitabın əhəmiyyətini qeyd edərək bu nəşrin müharibədən sonrakı dövrdə azad edilən ərazilərdəki bərpa işləri, burada tam yeni infrasrukturun yaradılması və məcburi köçkünlərin öz döğma yurd-yuvalarına qayıdışı prosseslərinın öyrənilməsində mühüm rol oynayacağını vurğulamış, kitabın bu işlərin gələcək nəsillərə çatdırmalmasında mühüm əhəmiyyət kəsb edəcəyini bildiriblər.



İstinadlar Qafqazinfo