Böyük Britaniyanın xarici işlər naziri David Lemmi bu gün COBRA (Cabinet Office Briefing Rooms) fövqəladə hökumət komitəsinin iclasını keçirib.

Bu barədə Böyük Britaniya mətbuatı məlumat yayıb.

“Xarici işlər naziri Livandakı vəziyyəti müzakirə etmək və Londonun ölkə vətəndaşlarının təxliyəsini tələb edə biləcək hər hansı bir eskalasiyaya hazır olmasını təmin etmək üçün COBRA-nın təcili iclasına sədrlik edib”, – məlumatda bildirilib.

Qeyd edək ki, sentyabrın 17-18-də Livanda eyni vaxtda çoxlu sayda rabitə cihazlarında partlayışlar baş verib. Rəsmi məlumatlara görə, 37 nəfər ölüb, 3 mindən çox insan yaralanıb. Bu hadisədən sonra Böyük Britaniyanın xarici işlər naziri yenidən ölkə vətəndaşlarını Livanı tərk etməyə çağırıb.

İstinadlar Report