Böyük Britaniya hələ də Ukrayna Silahlı Qüvvələrinin yeni çağırışçılarına təlim keçmək üçün öz qoşunlarını bu ölkəyə göndərmək niyyətində deyil.

Bunu Böyük Britaniyanın müdafiə naziri Qrant Şepps “The Daily Telegraph”a müsahibəsində deyib.

“Mən sərhədi keçib Britaniya hərbçilərini Ukraynada yerləşdirmək istəmirəm. Bunun məntiqli olduğunu düşünmürəm. Amma hesab edirəm ki, ukraynalı hərbçilərin təlimini Ukraynaya yaxınlaşdırmağın mənası var”.

İstinadlar Report