Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverlinin Birmingemdə, hakim Mühafizəkarlar Partiyasının qurultayındakı çıxışının mətnindən bəzi fraqmentlər dərc olunub.

Xarici işlər nazirinin çıxışı göstərir ki, Britaniya hökuməti Kiyevin qarşıya qoyduğu bütün məqsədlərə çatana qədər Ukraynaya hərbi və iqtisadi yardım göstərməyə davam edəcək.

London hərbi əməliyyatlar başa çatdıqdan sonra Ukraynanın dağılmış infrastrukturunun bərpasına da yardım etməyi planlaşdırır.

“Müharibədə qalib gələnə qədər, suverenliklərini bərpa edənə qədər onlara kömək edəcəyik. Biz heç vaxt Luqanskın, Donetskin, Xersonun, Zaporojyenin və ya Krımın ilhaqını tanımayacağıq”, – çıxışın mətnində deyilir.

İstinadlar Report